Accessibility links

Apellyasiya Məhkəməsində İ.Məmmədovun və T.Yaqublunun işinə təkrar baxılması təxirə salınıb [Audio-Müsahibə]


Vəkillər növbəti iclasın tarixinin elan edilməməsi ilə bağlı narahatlıqlarını bildiriblər

Şəki Apellyasiya Məhkəməsində ReAl hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini, publisist Tofiq Yaqublunun işinə təkrar baxılması qeyri-müəyyən müddətədək təxirə salınıb.

Bu barədə Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Buna Penitensiar Xidmətin Məmmədov və Yaqublunun Bakıdakı cəzaçəkmə müəssisəsindən məhkəməyə gətirilməsinin mümkün olmadığı barədə məktub səbəb olub.

Öz növbəsində, vəkillər bu yaxınlarda açılmış Şəki Məhkəmə Kompleksində təqsirləndirilən şəxslərin İnternetdə video-konfrans vasitəsilə iştirakının təmin edilməsi üçün bütün imkanlar olduğunu qeyd ediblər. Həm də Məmmədov və Yaqublu özləri dinləmələri onların iştirakı olmadan keçirmək xahişi ilə ərizə yazıblar.

Lakin hakimlər müdafiə tərəfinin dəlillərini diqqətə almayıblar və prosesi qeyri-müəyyən müddətə təxirə salıblar.

Vəkillər növbəti iclasın tarixinin elan edilməməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Vəkil Ağayev xatırladıb ki, 13 yanvar 2015-ci il tarixində Ali Məhkəmənn bu iş üzrə iclası da qeyri-müəyyən müddətə təxirə salınmışdı və növbəti proses yalnız oktyabrda keçirildi.

TofiqYaqublunun vəkili Nemət Kərimli məhkəmənin hərəkətlərini işə baxılmasının və təqsirləndirilən şəxslərin həbsdə saxlanılması müddətinin əsassız olaraq uzadılması kimi qiymətləndirib.

please wait

No media source currently available

0:00 0:01:36 0:00

Oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılması üçün Şəkil Apellyasiya Məhkəməsinə göndərib.

AİHM hələ bir il əvvəl Məmmədovun şikayətini təmin edib və onun azad edilməsi barədə hökm çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq Məhkəməsinin qərarlarını icra etməyə çağırıb. Lakin hakimiyyət bu tələbə məhəl qoymayıb. Ötən ilin noyabrında AİHM Yaqublunun şikayətini də təmin edib.

Məmmədov və Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı şəhərində kütləvi iğtişaşların təşkili ittihamı ilə mühakimə olunublar və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Lakin onlar ittihamı saxta və siyasi motivli hesab edirlər. Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG