Accessibility links

Polis polkovnikinin öldürülməsində şübhəli bilinən şəxs öldürülüb


İyulun 13-də səhər saatlarında hüquq mühafizə orqanları Şəmkir rayonunda (385 kilometr Bakıdan qərb) iyulun 10-da Gəncədə polis polkovnikinin öldürülməsində şübhəli bilinən Rəşad Böyükkişiyevi öldürüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavininin öldürülməsində şübhəli bilinən şəxsin Şəmkir rayonunun Moranlı kəndində olduğu müəyyən edilib. Böyükkişiyevin saxlanılması əməliyyatı zamanı o, silahlı müqavimət göstərib və öldürülüb.

Mənbənin məlumatına görə, bir müddət əvvəl Gəncədə polislərə hücum edənlərdən biri - Samir İbrahimov həbs edilib. Bundan əvvəl hüquq mühafizə orqanları Gəncə hadisələrinin iştirakçılarından daha 10 nəfəri saxlayıb.

Qeyd edək ki, dünən DİN, DTX və Baş Prokurorluq rəhbərləri Gəncədə olub, onlar hadisə yerində əməliyyat-axtarış tədbirlərinə rəhbərlik edirlər.

İyulun 10-da axşam Azərbaycanın ikinci böyük şəhəri Gəncədə (Bakıdan 364 kilometr qərb) vətəndaşlar icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı etiraz aksiyası keçirməyə cəhd edib. Vətəndaşların polislə qarşıdurması zamanı iki yüksək rütbəli zabit - Gəncə şəhərinin və Nizami rayonun polis rəislərinin müavinləri öldürülüb.

Bu hadisələr iyulun 3-də Gəncədən olan Ruisya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücum baş verdikdən sonraya təsadüf edir. Vəliyev hazırda həkim nəzarətindədir. Onun sağlamlıq durumu ilə bağlı rəsmi məlumat yayılmayıb. Bununla yanaşı, yerli mediada Vəliyevin sağlamlıq durumu ilə bağlı ziddiyyətli xəbərlər yayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG