Siyasi karikaturalar kimi tanınan redaksiya karikaturaları siyasi müzakirə və fikir mübadilələrinin olduğu müddətdə daim mövcud olub. ABŞ-da karikaturalar Amerika mədəniyyətinin və tarixinin əvəzedilməz bir hissəsidir və nə qədər mübahisəli olursa olsun, ABŞ Konstitusiyasına Birinci Düzəlişə əsasən söz azadlığı olaraq qorunur.
Met Uorker karikaturaçı-rəssamdır. O, Vaşinqton yaxınlığında yerləşən Politico siyasi jurnalistika şirkətində karikaturaçıdır.
"Biz ciddi mövzularla bağlı ciddi şərhlər veririk, lakin bunu tam ciddi olaraq etmirik, öz fikirlərimizi məzəli şəkillərlə çatdırırıq.", Met Uorker karikaturaçı-rəssam.
Pulitser mükafatı laureatı olan karikaturaçı deyir ki, siyasi karikaturanın əsas üstünlüyü bir fikri çox tez zamanda çatdıra bilməsidir.
"Mən bir şəkli çəkib, ona kiçik şərh yaza bilərəm və onu dörd saniyədə oxumaq olar. Söz sizə tez və güclü təsir edəcək və siz bunu hiss edəcəksiniz.", Met Uorker karikaturaçı-rəssam.
Məsələn, bu karikaturada Uolker amerikalı rəssam Norman Rokvelin Amerika incəsənətini əks etdirən ikonik rəsm əsərindən ilham alıb. Karikaturaçı bildirir ki, bu illər ərzində onun sənəti olduqca inkişaf edib.
"Mən 40 il əvvəl karikaturalar çəkməyə başlayanda, qəzetlərdəki şəkillər adətən ağ-qara idi və bir sütunda yerləşdirildi. İndi isə onlar rəngli, animasiyalı və grafik siyasi novellalar şəklində ola bilər.", Met Uorker karikaturaçı-rəssam.
2018-ci il jurnalist Ceyk Halpern və illüstrator Maykl Sloanın Pulitser mükafatı almış və Vaşinqtonda Newseum-da təqdim olunan bu işi kimi. Bu karikaturalar seriyası 2016-cı ildə öz ölkələrindən ABŞ-da sığınacaq almaq üçün səyahət etmiş iki suriyalı ailənin hekayəsindən bəhs edir.
Petti Rul Newseum-da sərgilər üzrə president köməkçisidir.
"Bu ölkənin yarandığı gündən redaksiya karikaturaları mühüm məsələlərin müzakirəsində və debatlarda istifadə olunub. Məsələn, Bencamin Franklinin `Ya Azadlıq, ya Ölüm` 13 koloniyanı birləşdirən bölünmüş ilan karikaturasından başlamış. Beləliklə, karikatura həmişə bu ölkənin bir hissəsi olub, və fikir və debatların azad şəkildə çatdırılmasında istifadə olunub.", Petti Rul Newseum-da sərgilər üzrə president köməkçisi.
Lakin bəzən ifadə azadlığı baha başa gəlir.
2015-ci ildə islamçı terrorçular Məhəmməd Peyğəmbərin karikaturalarının nəşrindən sonra Fransanın satirik Charlie Hebdo jurnalının ofisinə hücum etmişdi. Hücum zamanın bir sıra tanınmış karikaturaçı-rəssamlar daxil olmaqla, 12 nəfər ölmüşdü.
"Mövcud rejimi və ya siyasi xadimləri tənqid etməyə cəsarəti olduğu üçün bir çox karikaturaçı öz ölkələrindən qaçmaq məcburiyyətində qalırlar.", Met Uorker karikaturaçı-rəssam.
Uorker ümid edir ki, bu çətin zamanlarda insanlar karikaturaların əsas mahiyyətini başa düşəcəklər.
"Fikrimcə, yaxşı siyasi karikatura həqiqətən də müəyyən qədər yumorla birlikdə çox gözəl siyasi yanaşma təklif edərək, insanları qəzəbləndirmək deyil, düşünməyə vadar edə bilər.", Met Uorker karikaturaçı-rəssam.