Accessibility links

SMDT: Bir ildə 128 nəfər siyasi motivlərlə inzibati qaydada həbs olunub


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda siyasi motivli həbslər barədə Qiymətləndirmə Sənədi yayıb.

Sənəddə qeyd edilir ki, 2018-ci ilin yanvarından 2019-cu ilin fevralına qədər 128 nəfər siyasi motivlərlə inzibati qaydada həbs olunub.

Avropa İnsan Hüquqları Məhkəməsi inzibati həbslərlə bağlı 75 ərizəçinin hüquqlarının pozulması haqqında qərar qəbul edib.

Azərbaycanda inzibati həbslərdən ictimai və siyasi fəalların cəzalandırılması üçün istifadə olunur. Bəzi fəallar nəzər salınan dövr ərzində dəfələrlə həbsə məruz qalıb.

İnzibati həbslərdən əsasən toplaşmaq azadlığının, ifadə azadlığının məhdudlaşdırılması üçün istifadə olunub. İşlərə baxılarkən ədalətli məhkəmə təhqiqatı hüququ pozulub.

Avropa İnsan Hüquqları Məhkəməsinin inzibati həbslərlə bağlı 75 ərizəçinin hüquqlarının pozulması haqqında qərar qəbul etdiyi bildirilir.

Araşdırma müəllifləri toplaşmaq azadlığı haqqında Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğun şəkildə təkmilləşdirilməsini tövsiyə edir. İnzibati həbslərdən siyasi təzyiq aləti kimi istifadə təcrübəsinin aradan qaldırılması zərurəti qeyd edilir.

Mitinqlərdən əvvəl fəalları saxlayan və polisə aparan şəxslərin cəzalandırılması tövsiyə olunur. Hakimiyyətə toplaşma azadlığının təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinin göstərişlərini nəzərə almaq çağırışı yer alır.

Anar Məmmədli, SMDT rəhbəri
Anar Məmmədli, SMDT rəhbəri

Məhkəmələrə işləri obyektiv araşdırmaq və yalnız polis əməkdaşlarının məruzələrinə və ifadələrinə əsaslanmamaq tövsiyə olunur. Məhkəmələr bütün dəlilləri, hal və şərtləri araşdırmalı, videomüşahidə kameralarının görüntülərini izləməlidirlər.

SMDT 2001-ci ildə yaradılmış Seçkilərin Monitorinqi Mərkəzinin varisidir. Təşkilata hüquq müdafiəçisi və fəal Anar Məmmədli rəhbərlik edir.

Öz növbəsində, Azərbaycan hakmiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə hüquqi təqiblərin olmadığını bildirir. Rəsmi Bakı siyasi təqiblərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

XS
SM
MD
LG