Accessibility links

Tramp administrasiyası siyasi sığınacaq sistemini "düzəltmək" niyyətindədir


Haitidən çıxaraq siyasi sığınacağa müraciət edənlərinin növbəsi.

Ağ Ev Amerikaya mühacirətin sərtləşdirilməsi səylərinə davam edir. Tramp administrasiyasının diqqət ayırdığı növbəti mühacir qrupu siyasi sığınacaq müraciətçiləridir. Keçən həftə elan edilən hüquq-mühafizə prioritetlərində ABŞ-ın siyasi sığınacağa müraciət standarlarının sərtləşdirilməsi də yer alıb.

Prezident Donald Trampın mühacirət siyasəti və bu siyasətə əsasən atılacaq addımların təfərrüatı haqqında məlumat verilməsə də, administrasiyanın siyasi sığınacaq müraciətçilərinin deportasiya prosedurlarının sürətləndirilməsi üzərində çalışdığı ehtimal edilir.

ABŞ “irqi, dini, milli zəmində, o cümlədən hər hansı sosial qrup üzvlüyü və siyasi mövqeyinə görə” təqib edilənlər və bu səbəbdən ölkələrini tərk etməli olan insanlar üçün siyasi sığınacaq təklif edir.

ABŞ baş prokuroru Cef Seşşins keçən həftə Ədliyyə Nazirliyinin Müharicət İşləri üzrə İcra Ofisində çıxışı zamanı bildirib ki, hazırda sığınacağa müraciət sistemində sui-istifadəyə və fırıldağa açıq olan boşluqlar mövcud olduğundan, bu prosedurları sərtləşdirmək lazımdır.

Seşşins deyib ki, hazırkı qaydalar müraciətçilərə məhkəmə sisteminin zəif tərəflərindən faydalanmaq imkanı verir. Hal-hazırda ABŞ üzrə siyasi sığınacaq müraciətləri də daxil olmaqla yığılan mühacirət sənədlərin ümumi sayı 600,000-ə yaxındır.

“Bizim sərhədlərimizdə böhran var və biz bunu düzəltmək niyyətindəyik. Böyük dövlət belə rüsvayçılığa göz yuma bilməz.” – deyə Seşşins immiqrasiya hakimləri də daxil olan auditoriya qarşısında bildirib.

ABŞ prokuroru Cef Seşşins Ədliyyə Nazirliyinin Müharicət İşləri üzrə İcra Ofisində çıxışı edərkən.
ABŞ prokuroru Cef Seşşins Ədliyyə Nazirliyinin Müharicət İşləri üzrə İcra Ofisində çıxışı edərkən.

CNN-nin Milli Təhlükəsizlik Nazirliyindən əldə etdiyi sənəddə qeyd olunur ki, immiqrasiya hakimləri siyasi sığınacaq üçün müraciət edən valideynləri ilə ABŞ-da bir araya gələn azyaşlı uşaqlara hüquqi qorumanın təmin edilməsini dayandıracaqlar. Bu həm də siyasi sığınacaq prosesedurlarının davam etdiyi zaman 18 yaşı tamam olan uşaqlara da aiddir.

Digər təklif immiqrasiya hakimləri üçün effektivlik göstəricilərinin tətbiq edilməsidir. Bu, hakimlərin işlərə daha sürətli templə baxmalarını təmin etməlidir.

İstənilən xarici vətəndaş özünün immiqrasiya statusundan asılı olmayaraq siyasi sığınacağa müraciət edə bilər. Lakin müraciətçilər bunu ABŞ-a son daxil olduqları gündən növbəti bir il ərzində etməli, daha gec müraciət etdikləri halda isə “istisna” halın olduğunu sübut etməlidirlər.

Ən vacibi isə sığınacaq müraciətçiləri öz ölkələrinə dönəcəkləri halda təhlükə altında olacaqlarını sübut etməlidirlər.

Seşşins deyib ki, “sığınacaq müraciətlərinin arasında dürüstlüyü şübhə altında olan çoxlu işlər var və sistem bu cür saxta iddialarla həddindən artıq yüklənib.”

Baş prokurur əlavə edib ki, təhlükədən qaçaraq, ABŞ-da siyasi sığınacağa müraciət edən insanların sayı 2009-cu ildə 3,000 nəfər idisə, 2016-cı ildə müraciətçilərin sayı 69,000 nəfərə qədər artıb. Seşşins deyib ki, müraciət edənlərin 88 faizinə sığınacaq verilib.

XS
SM
MD
LG