Accessibility links

Mədət Quliyev: 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçulara qoşulub


Mədət Quliyev
Mədət Quliyev

“Dünyanın təhlükəsizliyini ciddi təhdid edən radikalizmlə mübarizə ölkəmiz üçün ciddi məsələdir”.

Report agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində baş verən hadisələr, terrora çağırışlar hər kəsi narahat edir: “Bütün bunlar sülhə maneədir.

Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Ölkəmiz terrorçuluqla mübarizədə öz töhfələrini verir. Bu məsələdə təkbaşına hərəkət etmək mümkün deyil”.

M.Quliyev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin ilk illərindən ağır təhlükələrlə üzləşib: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunub. Məlumdur ki, Azərbaycan müxtəlif təhlükələrin olduğu məkanda yerləşir. Amma Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyev apardığı məqsədyönlü Azərbaycan beynəlxalq aləmdə öz yerini tutub, etibarlı tərəfdaş olub. Qardaş müsəlman ölkələri ilə təmasların olması çox mühümdür. 2017-ci il Azərbaycanda İslam Həmrəliyi İli elan edilib. Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub. Onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.

M.Quliyev qeyd edib ki, dini ekstremizm və radikallaşma üzərində qələbənin əsas istiqamətlərindən biri də maariflənmədir: “Dinin həqiqi mənası terrorçulular tərəfindən təhrif edilir, bundan şüar kimi istifadə edilir. Bu baxımdan, ölkəmiz son illər mühüm işlər görülür. Bunun özü də göstərir ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənəcək”.

XS
SM
MD
LG