Accessibility links

Müsavat Partiyasının fəalları polisə çağırılıb


Aprelin 27-də Müsavat Partiyası Mingəçevir şəhər təşkilatının sədri Nürəddin Rüstəmli və fəal İbrahim Salamov polisə çağırılıb. Bu barədə Müsavat Partiyasının bəyanatında bildirilir.

Sənəddə deyilir ki, N.Rüstəmli bundan öncə də polisə çağırılıb.

Bu gün Mingəçevir Polis İdarəsinin rəis müavini Allahverdi Siraclı N.Rüstəmli və İ.Salamovu siyasi fəaliyyətləri ilə bağlı sorğu-sual edib. Onlar sərbəst buraxılıb, amma aprelin 29-da İ.Salamovun yenidən polisə gəlməsi tələb olunub.

Bu gün Müsavat Partiyasının üzvü, “Basta-info” saytının baş redaktoru Mustafa Hacıbəyli də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə çağırılıb.

“Məni döyüş yoldaşım, mayın 8-də Şuşa uğrunda döyüşlərdə həlak olan Bayram Səfərovun ölüm işinin araşdırılması ilə bağlı dindiriblər. Mənə dedilər ki, polisə çağırış Hərbi Əsirlər, Girovlar və İtkin Düşən Şəxslər üzrə Dövlət Komissiyasının məktubu ilə əlaqədardır. 25 ildən sonra bu hadisənin araşdırılması mənə qəribə gəldi”,- M.Hacıbəyli Turan-a bildirib.

Onu mayor Cavanşir Quliyev dindirib. Söhbət zamanı o, Əbülfəz Elçibəy hökumətini pisləyib, indiki hakimiyyəti tərifləyib.

M.Hacıbəyli polisə çağırılmasını şəxsən özünə və Müsavat Partiyasının lideri, qardaşı Arif Hacıbəyliyə təzyiq kimi qiymətləndirib.

5-ci Polis Bölməsindən şərh almaq mümkün olmayıb.

Müsavat Partiyası öz fəallarının polisə çağırılmasını siyasi təzyiq kimi qiymətləndirir.

Öz növbəsində, polis orqanları Müsavat Partiyasının bəyanatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG