Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qətnaməsini qərəzli sayır


Hikmət Hacıyev
Hikmət Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qətnaməni qərəzli adlandırıb və hüquqi qüvvəsinin olmadığını bildirib.

"2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur",AzərTAC dövlət agentliyi H.Hacıyevdən sitat gətirib.

O, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olmasını Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olması kimi dəyərləndirib.

Sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

Avropa Parlamentinin qətnaməsində Azərbaycanda insan hüquqlarının pozulması kəskin tənqid edilir, Əfqan Muxtarlı və digər fəalların azadlığa buraxılmasına çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG