Accessibility links

Samir Kazımlı: İfadə azadlığı daha çox basqılara məruz qalır [Video-müsahibə]


İfadə azadlığı daha çox basqılara məruz qalır
please wait

No media source currently available

0:00 0:06:57 0:00

İfadə azadlığı daha çox basqılara məruz qalır

Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində siyasi azadlıqlardan danışıb

Hüquq müdafiəçisi Samir Kazımlı Ameikanın Səsinə müsahibəsində siyasi azadlıqlar sahəsində durumdan danışıb.

Amerikanın Səsi: Azərbaycanda siyasi azadlıqlar sahəsində durum necədir?

Həmçinin, sadə vətəndaşlara qarşı, yeni bir termin ortaya çıxıb, -“facebook” məhbusları. Yəni, sosial şəbəkələrdə fəal olan insanlara qarşı, konkret olaraq ifadə azadlığı bu gün ən çox basqılara məruz qalan bir sahədir.

Samir Kazımlı: Azərbaycanda siyasi azadlıqların durumu hazırda pisləşməyə doğru davam edir. Bildiyiniz kimi uzun illərdir ki, siyasi partiyalara qarşı təzyiqlər, təqiblər olub. Eyni zamanda, media sahəsinə də hər zaman basqılar olub və bu gün də davam edir. 2013-cü ildən, hətta deyərdim ki, 2009-cu ildən vətəndaş cəmiyyətinə, QHT-lərə qarşı da basqılar başladı. Paralel olaraq bu davam edir. Eyni zamanda, inanclı şəxslərə qarşı basqılar son illər artmağa başlayıb. Həmçinin, sadə vətəndaşlara qarşı, yeni bir termin ortaya çıxıb, -“facebook” məhbusları. Yəni, sosial şəbəkələrdə fəal olan insanlara qarşı, konkret olaraq ifadə azadlığı bu gün ən çox basqılara məruz qalan bir sahədir. Həm jurnalistlər, həm sadə vətəndaşlar öz fikirlərini sosial şəbəkələrdə səsləndirərkən həbslərə məruz qalırlar, təqiblərə məruz qalırlar, qohumlarına qarşı təzyiqlər baş verir. Bundan başqa, sərbəst toplaşmaqla bağlı müəyyən mərhələlərdə təzyiqlər olur. Məsələn, mitinqlərin keçirilməsinə icazə verilir. Amma, bu imitasiya xarakterlidir. İnsanların mitinq keçirməsinə icazə verirlər, amma mitinqə gələn insanlara qarşı müxtəlif təzyiqlər olur. Məsələn, onlar işdən çıxarılır, polisə müqavimət adı altında sutkalıq həbslər olur, mitinqin təşkilatçıları müxtəlif ittihamlarla uzun müddətli həbslərə atılır. Növbəti sahə, qeyri-hökumət təşkilatları (QHT) sahəsidir. Burada da son 3-4 ildir ki, təzyiqlər baş verir. Hətta, QHT liderlərinin bir neçəsi həbs olundu, ölkədən kənara çıxdılar və ölkədən çıxışına qadağa qoyulanlar var. Digər sahə isə dini sahədir, burada Nardaran hadisəsini misal göstərmək olar ki, çox uzunömürlü həbslər verilib, işgəncələrlə bağlı məhkəmələrdə iddialar səslənir. Növbəti bir sahə, sadə vətəndaşlardır, - buna misal kimi Siyəzəndə baş verən hadisələri göstərmək olar. Orada artıq 11 nəfər həbsdədir və məhkəmələri gedir. Mingəçevirdə bir şəxsin ölümü ilə bağlı insanlar etirazını bildirərkən, orada da bir neçə şəxs həbs edildi. Cəbrayıllı məcburi köçkünlərin işi, yəni bunların hamısı siyasi azadlıqlar sayılır. Çünki, bunların hamısı insanların sərbəst toplaşmaq, ifadə azadlığı, birləşmək azadlığından istifadə etdiklərinə görədir. Bunların siyahısı daha da genişlənir. Əvvəllər bunu siyasi partiyalarda və mətbuatda qabarıq şəkildə görürdük. Amma, artıq sadaladım, - siyasi partiyalar, mətbuat, dini sahə, QHT-lər, sadə vətəndaşlar, facebook-da fəallıq edən blogerlər. Yəni artıq basqıların sahələri genişlənib.

Amerikanın Səsi: Hüquq müdafiəçiləri ölkədə onlarla şəsxi siyasi məhbus kimi tanıdığını bildirir. “Beynəlxalq Əfv” (Amnesty İnternational) təşkilatı isə ondan çox şəxsi “vicdan məhbusu” elan edib. Bu şəxslərin həbsi əsasən nə ilə bağlıdır?

Hökumət həmin şəxsləri etdiyi hərəkətlərə görə yox, narkotik, vətənə xəyanət, polisə, hakimiyyət nümayəndəsinə müqavimət, müxtəlif-müxtəlif bu cür maddələrlə həbs edir.

Samir Kazımlı: Bu şəxslərin həbsləri öncə sadaladığım kimi fundamental azadlıqlarla bağlıdır. Yəni, insanlar fikirlərini ifadə etdiklərinə görə, sərbəst toplaşmaq azadlığından istifadə etdiyinə görə, - yəni peşə fəaliyyəti ilə bağlı, - jurnalistlər yazdıqlarına görə, QHT-lər qeyri-hökumət fəaliyyəti ilə məşğul olduğuna görə, siyasi partiyalar siyasi partiya fəaliyyətilə məşğul olduqlarına görə, dini inanclılar dini etiqadlarına görə. Amma, bunlara qarşı irəli sürülən maddələr fərqlidir, yəni hökumət həmin şəxsləri etdiyi hərəkətlərə görə yox, narkotik, vətənə xəyanət maddələri, polisə müqavimət, hakimiyyət nümayəndəsinə müqavimət, müxtəlif-müxtəlif bu cür maddələrlə həbs edir. Sanki, fikri yayındırmaq istəyir. Guya, bunlar həqiqətən cinayətkardır, amma araşdırmalar zamanı məlum olur ki, bunlar həqiqətən də irəli sürülən ittihamlarla deyil, sırf fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs olunublar.

Amerikanın Səsi: Amma, hökumət də birmənalı şəkildə bəyan edir ki, ölkədə “siyasi məhbus” yoxdur və insanlar hüquq qarşısında bərabərdir.

İnsanları çox kobud şəkildə həbs edirlər.

Samir Kazımlı: Hökumətin deməyi ilə deyil. Bunu beynəlxalq təşkilatlar, siz dediyiniz kimi, Amnesty İnternational kimi nüfuzlu bir təşkilat əgər, Azərbaycanda onlarla vicdan məhbusu olmasını deyirsə, hökumətin arqumentləri əsassızdır. Artıq ortada siyasi məhbuslarla bağlı Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi kriteriyalar var. Həmin kriteriyalar üzərində araşdırmalar gedir. Yəni, məhkləmələr olur, məhkəmələrdə müşahidələr olur, çıxışlar olur. Məsələn, Bayram Məmmədovla, Qiyas İbrahimlini heç kim tanımırdı. Amma, bu insanlar heykəli yazandan sonra, sabahısı gün həbs olundu. Hökumət də bu sahədə o qədər naşılığa yol verir ki, peşəkar davranmır. İnsanları çox kobud şəkildə həbs edirlər. Bir gün sonra insanı həbs edirlər, məlum olur ki, etdiyi hərəkətə görə həbs edilib. Qiyasla Bayramda nə oldu? Birdən-birə narkotik tapıldı? Amma, ondan bir gün qabaq onlar məlum hadisəni etmişdi. Sabahısı günü həbs olundular.

Amerikanın Səsi: İnsan hüquqları sahəsində islahatları gücləndirmək üçün nə edilməlidir? Bu sahədə beynəlxalq təşkilatların rolunu necə qiymətləndirərdiniz?

Düşmən münasibət aradan qalxmalıdır.

Samir Kazımlı: İnsan hüquqları sahəsində islahatları gücləndirmək üçün öncə hakimiyyət addımlar atmalıdır. Vətəndaş cəmiyyəti ilə, siyasi partiyalarla dialoqlara gedilməlidir. Bu dialoqlar imitasiya xatirinə yox, həqiqi dialoq olmalıdır. Düşmən münasibət aradan qalxmalıdır. İstər mətbuata, istər siyasi partiyalara, istərsə də vətəndaş cəmiyyətinə, hətta dindarlara qarşı düşmən münasibət aradan qalxmalıdır. Ondan sonra, bir masa arxasında əyləşib müzakirə etmək lazımdır.

Son illər beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılıb. Konkret olaraq, bir neçə beynəlxalq təşkilat Azərbaycandan çıxarılıb. Onların Azərbaycanda fəaliyyət göstərməsi üçün qanunvericilikdə dəyişikliklər olub. Bu gün qanunvericiliklə bağlı, necə fəaliyyət göstərməsi məsələsi qeyri-müəyyən qalıb. Müəyyən qanunlar qəbul olunur, amma praktiki olaraq buna şərait yaradılmır. Beynəlxalq təşkilatlar Azərbaycanda tərəfdaş kimi əməkdaşlıq etdiyi QHT-lərdir. Bu gün QHT-lərlə bağlı qeyri-müəyyənlik var. Çünki QHT-lərlə bağlı qanunvericilikdə məhdudlaşdırcı hallar baş verib. Demək olar ki, QHT-lər nə praktiki, nə də hüquqi baxımdan fəaliyyət göstərə bilmirlər. Ona görə də beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi üçün artıq, bir şərait də yoxdur. Şərait olmayandan sonra da töhfə vermək çətin olur.

XS
SM
MD
LG