Accessibility links

AŞPA sədrinin kənarlaşdırılması payızda səsə qoyulacaq


Pedro Aqramunt Suriya prezidenti Bəşar əl-Əsədlə görüşür.
Pedro Aqramunt Suriya prezidenti Bəşar əl-Əsədlə görüşür.

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) iyunun 30-da Pedro Aqramuntun bu qurumun sədri vəzifəsindən kənarlaşdırılması haqqında təklifi açıqlayıb.

AŞPA-nın rəsmi məlumatında deyilir ki, Avropa Şurası Parlament Assambleyasının prezidentinin kənarlaşdırılması haqqında təklifi assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imzalayıb. Sənəd assambleyanın oktyabrın 9-13-də keçiriləcək payız sessiyasında səsverməyə çıxarılacaq.

AŞPA reqlamentinə bir müddət əvvəl edilmiş dəyişikliklərə uyğun olaraq, "bu təşəbbüs üzrə yekun qərar qəbul edilənə qədər spiker assambleyanın iclaslarına sədrlik etməyə davam edir", sənəddə bildirilir.

Aqramunt özü baş verənlər haqqında məlumatlandırılıb, AŞPA bildirir.

Reqlamentin yeni müddəalarına əsasən, ona vəzifədən kənarlaşdırılması haqqında parlamentarilərin imzaladığı təklif göndərilib.

Bir müddət əvvəl Aqramunt AŞPA-nın "Avropa Xalq Partiyası" siyasi qrupundan çıxarılıb.

Aqramunt AŞPA-nın iyunun 26-30-da keçirilən sessiyasına gəlməyib. Buna qədər, apreldə AŞPA Bürosu onu iclasa gəlmədiyinə və Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfəri və Bəşər Əsədlə görüşü ilə bağlı açıqlama vermədiyinə görə AŞPA sədri vəzifələrinin icrasından kənarlaşdırıb. Aqramunt həmçinin AŞPA-da "kürü diplomatiyası" ilə bağlı qalmaqalın fiqurantı olub.

O Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Bu zaman Aqramuntun fəaliyyəti yerli hüquq müdafiə təşkilatları tərəfindən kəskin tənqid olunub. Onun həmçinin, Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərlə bağlı münasibəti də tənqidə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG