Accessibility links

Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir


Azərbaycan-Türkmənistan-Türkiyə bayraqları
Azərbaycan-Türkmənistan-Türkiyə bayraqları

Bakıda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir.

İyulun 18-19-da nazirlərin Bakı şəhərində keçirilən dördüncü görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu iştirak edir.

Nazirlərin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri olacaq. Türkmənistan və Türkiyə xarici işlər nazirlərini ölkə prezidenti İlham Əliyev qəbul edib.

Nazirlərin görüşlərində regional əməkdaşlıq və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məslələri müzakirə edilir. Danışıqların gündəliyində həmçinin, nəqliyyat və energetika sahəsində əməkdaşlıq məsələləri durur.

Xatırladaq ki, tərəflər bundan öncə keçirilən görüşlərində Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə arasında tranzit, nəqliyyat və ticarət, energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Enerji daşıyıcılarının Xəzər regionundan Qərb istiqamətində nəqlinə dair boru kəməri infrastrukturunun yaradılması planları da hər üç dövlətin marağındadır.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG