Accessibility links

ABŞ Putinin Abxaziyaya səfərini beynəlxalq prinsiplərə zidd hesab edir


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Amerika Birləşmiş Ştatları hesab edir ki, prezident Putinin Rusiya tərəfindən işğal olunmuş Abxaziyaya səfəri Rusiaynın da iştirakçısı olduğu Cenevrə Beynəlxalq Müzakirələrinin prinsiplərinə uyğun deyil. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noletin bəyanatında deyilir.

O bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq müstəvidə tanınmış sərhədlərini tam dəstəkləyir və Rusiyanın Gürcü bölgələri olan Abxaziyanın və Cənubi Osetiyanın tanımasını qəbul etmir.

“Birləşmiş Ştatlar Rusiyanı öz hərbi qüvvələrini 2008-ci ilin atəşkəs razılığına əsasən müharibədən öncə yerləşdiyi mövqeylərinə cəkməyə, Abxaziyanın və Cənubi Osetiyanın tanınması qərarını dəyişməyə çağırır”, bəyanatda deyilir.

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Abxaziyaya səfər edib. Onuin səfəri Rusiyanın Gürcüstana qarşı 2008-c il müharibəsinin başlamasının 9-cu ildönümünə təsadüf edir.

2008-ci il müharibəsi Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə yekunlaşmışıb.

Putinin beynəlxalq birlik tərəfindən Gürcüstanın suverenliyində olan ərazisi kimi tanıdığı Abxaziyaya səfəri Ukrayna və Gürcüstan prezidentləri tərəfindən də qınanılıb.

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Gürcüstan prezidenti Giorgiy Margvelaşvili ilə telefon danışığında Gürcüstana qarşı rus təcavüzünün 9-ci ildönümündə gürcü xalqı ilə həmrəyl olduğunu bildirib. Poroşenko görüşdə Ukraynanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG