Accessibility links

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirləri görüşür


Elmar Məmmədyarov, Mixeil Canelidze və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov, Mixeil Canelidze və Mövlud Çavuşoğlu

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi twitter səhifəsində bildirilir.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri son illər mütamadi olaraq üçtərəfli formatda görüşlər keçirir. Növbəlilik əsasında hər üç ölkədə keçirilən görüşlərdə regional və qlobal məsələlər ətrafında müzakirələr aparılır.

Ekspertlər üçtərəfli formatda keçirilən bu görüşləri həm də dünyada hər üç ölkə arasında dostluğun, iş birliyinin, mehriban qonşuluğun nümayişi kimi qiymətləndirir.

Elmar Məmmədyarov və Mixeil Canelidze
Elmar Məmmədyarov və Mixeil Canelidze

Azərbaycan Xarici İşlər Nzirliyinin mətbuat xidmətinin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov nazirlərin 6-cı Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə və Gürcüstanın xarici işlər nazirləri ilə ikitərəfli görüş də keçirib.

Görüşlərdə ikitərəfli və üçtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, neft-qaz kəmərləri, enerji məsələləri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG