Accessibility links

Milli Şura sentyabrın 23-də mitinq keçirəcək


Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnaşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

AXCP sədri Facebook səhifəsində canlı yayımda deyib ki, Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.

“Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib. Buna baxmayaraq dünyanın 8 dövlətində bu faktla bağlı cinayət işi qaldırılıb. Avropa Parlamenti Azərbaycanda bu korrupsiyanın, pul yuyulması əməliyyatının sonadək araşdırılması barədə qətnamə qəbul edib. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəmə gəldiyini vurğulayıb. ABŞ-da Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyalar anons edilib. Amma Azərbaycan iqtidarından heç bir səs yoxdur. Azərbaycan xalqı bu vəziyyətlə barışa bilməz”, o qeyd edib.

Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb etmək üçün ümumxalq mitinqi təyin edib.

“Biz bu mitinqdə xalqın oğurlanmış pullarının geri qaytarılmasını tələb edəcəyik. Korrupsionerlərin, oğruların məsuliyyət daşımasını tələb edəcəyik”, o qeyd edib.

“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, Azərbaycanın Beynəlxalq Bankı vasitəsi ilə 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 offşor şirkətə ötürülüb. Məqalədə iddia olunur ki, hətta Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyi də Londondakı saxta şirkətlərə pul göndərib. Bununla yanaşı, Azərbaycanın silah aldığı Rusiyanın “Rosoboroneksport” şirkəti də ofşor zonadakı şirkətlərə milyonlarla dollar pul köçürüb.

Sentyabrın 9-də Milli Şura Azərbaycanın Baş Prokurorluğundan baş vermiş cinayət hadisəsi ilə bağlı cinayət işi başlamağı tələb edib.

“Kimliyindən asılı olmayaraq xalq malını talan edən vəzifəli şəxslər qanun qarşısında məsuliyyət daşımalı, xalqdan oğurlanmış milyardlar müsadirə olunaraq dövlət büdcəsinə qaytarılmalıdır”, qurumun bəyanatında deyilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildiriib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

“Dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG