Accessibility links

Bakının azad edilməsindən 99 il keçir


Sentyabrın 15-də Bakının "Sentrokaspi diktaturası" hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edilməsinin 99-cı ildönümü tamam olur.

Bu məqsədlə ötən gün və bu gün ölkənin ictimaiyyət nümayəndələri, Türkiyənin Bakıdakı səfirliyinin nümayəndləri Şəhidlər Xiyabanını və Bakının azad edilməsi zamanı həlak olan Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) milli ordusu Bakını azad edib.

Bundan sonra 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçüb.

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçsə də, Qarabağ ermənilərin nəzarətində qalıb. Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa isə yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

XS
SM
MD
LG