Accessibility links

ATƏT-in forumundakı ABŞ nümayəndə heyəti Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb


ABŞ-ın ATƏT-dəki missiyası
ABŞ-ın ATƏT-dəki missiyası

Sentyabrın 22-də ATƏT-in "İnsan inkişafı-2017" adlı forumunda ABŞ nümayəndə heyəti bəyanat yayıb. Sənəddə bəzi ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulması faktları qeyd olunub. Bəyanatda Azərbaycanla bağlı deyilir:

"Bycanı iz Azərbaycanda sonuncu müstəqil informasiya agentliyi olan Turan-ın direktoru Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayrıq.

Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifətçi Natiq Cəfərlinin üzərindən ittihamların götürülməsi və "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azad edilməsi barədə qərarını alqışlayırıq.

Biz hakimiyyəti Mehman Əliyevin üzərindən ittihamların və ölkədən çıxışına qoyulan məhdudiyyətin, həmçinin araşdırmaçı jurnalist Xədicə İsmayılova və vəkil İntiqam Əliyevin ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə çağırıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov daxil olmaqla, 145-dən çox adam siyasi məhbus hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi onun xeyrinə qərar çıxarsa da o, hələ də həbsdədir. Onların hamısı heç bir şərt olmadan azad edilməlidir", bəyanatda qeyd olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG