Accessibility links

REAL siyasi partiyaya çevrilir


REAL
REAL

"Respublika Alternativi" Hərəkatı (REAL) siyasi partiyaya çevrilmək barədə qərar qəbul edib və oktyabrın 29-na təşkilatın təsis qurultayını təyin edib. Bu barədə REAL-ın icra direktoru Natiq Cəfərli bildirib.

Təsis qurultayının keçirilməsi barədə qərar sentyabrın 24-də partiyanın yaradılması üzrə təşəbbüs qrupu üzvlərinin görüşündə qəbul edilib.

Hərəkatın partiyaya çevrilməsinə hazırlıq hələ bir neçə il öncə başlayıb.

"Bu hazırlıqlar bir müddət öncə başlayıb, sadəcə buna bir zaman gərəkirdi. Hesab edirik ki, hərəkat yarandığı 8 il ərzində kifayət qədər özünü bütün ölkəboyu ciddi qurum kimi tanıdıb, bu yöndə uğrurlar qazanıb, indi isə partiya formatında ciddi strukturlaşma zərurəti yaranıb və odur ki, haqqında danışılan qərar qəbul edilib", o bildirib.

N.Cəfərli qurumun 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatıla bilməsini istisna etməyib.

"Bizim təşkilat hesab edir ki, siyasi partiya seçkilərdə iştirak etməlidir və boykotu çıxış yolu saymırıq. Odur ki, istər hərəkat, istərsə də partiya formatında seçkilərə qatılmağı düşünürük", o vurğulayıb.

REAL Hərəkatı 2009-cu ildə təsis edilib. 2016-cı ildə qurumun partiyaya çevrilməsi üçün Təşkilat Komitəsi yaradılıb.

Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub. Avropa Insan Hüquqları Məhkəməsinin İ.Məmmədovun həbsdən azad olunması barədə qərarının, Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı qərarının olmasına baxmayaraq, o, həbsdən azad edilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG