Accessibility links

İlham Əliyev Azərbaycanla Avropa İttifaqının əməkdaşlıq perspektivlərini müzakirə edib


İlham ƏLiyevin Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətilə görüşü

Oktyabrın 4-də prezident İlham ƏLiyevin Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətilə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Dövlət başçısı Qarabağ münaqişəsinə toxunaraq diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yönəldib. Həmin ərazilərdə etnik təmizləmə aparılıb, Xocalı soyqırımı törədilib.

İ.Əliyev Azərbaycan və Aİ ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafını qeyd edib. O, Avropada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu vurğulayıb.

Prezident İ.Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.

O, beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın fəal rolundan danışıb.

Dövlət başçısı qeyd edib ki, ölkədə multikulturalizm və dünyəvilik dəyərləri qorunub saxlanılır. Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunub.

Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan və Almaniyadan olan səfirləri çıxış ediblər.

XS
SM
MD
LG