Accessibility links

Sergey Lavrov Bakıda Rusiyanın Qərblə münasibətlərindən danışıb


Sergey Lavrov
Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıda ADA universitetində tələbələr qarşısında çıxış edib. O, çıxışında Rusiyanın Qərblə münasibətlərinə də toxunub. Bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi saytında bildirlir.

Lavrov deyib ki, "başda ABŞ olmaqla, bir qrup Qərb ölkələrinin beynəlxalq həyatın bütün istiqamətləri üzrə öz üstünlüyünü qoruyub saxlamaq cəhdi dövlətlərarası ünsiyyətin həqiqətən demokratikləşməsi, bərabərhüquqluluq, qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişafı yolunda əsas maneə olaraq qalır".

"Bundan bir neçə əsr əvvəl "tarixi Qərb" bütün dünyaya rəhbərlik edirdi, "musiqi sifariş verirdi" və əlbəttə ki, bir sıra Qərb ölkələrinin rəhbərliyində, yəqin ki, genetik olaraq kök salmış bu adətlərdən əl çəkmək çox çətindir.

Buna görə onlar əvvəlki kimi öz iradələrini diktə etmək, bizim torpaqlarımızda başqaları hesabına öz rifahlarını təmin etmək istəyirlər. Şübhəsiz, suveren dövlətlərin daxili işlərinə müdaxilə, BMT TŞ-dən yan keçməklə gücdən istifadə, birtərəfli sanksiyaların tətbiq edilməsi, öz qanunvericiliklərinin eksterritorial tətbiqi, "soyuq müharibə" institutlarının müasir reallıqlara uyğunlaşdırılması cəhdləri - bütün bunlar əsasən beynəlxalq hüququn və bir çox çoxtərəfli institutların rolunun azalmasına gətirib çıxarıb, qlobal və regional təhlükəsizliyə və sabitliyə ciddi ziyan vurub", Lavrov qeyd edib.

Onun fikrincə, birqütblü dünya modeli qurmaq cəhdləri xaos və qeyri-müəyyənliyin artmasına gətirib çıxarıb. Bununla birlikdə, Lavrovun fikrincə, bu gün yeni, daha ədalətli və demokratik çoxqütblü dünya sisteminin qurulması prosesi gedir.

Lavrov belə fəaliyyəti üçün meydan kimi BRHÇCA (Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika), Şanxay Əməkdəşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq təşkilatları göstərib.

XS
SM
MD
LG