Accessibility links

Elmar Məmmədyarov Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüb


Elmar Məmmədyarov və Roland Kobia
Elmar Məmmədyarov və Roland Kobia

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roland Kobia ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Əfqanıstanın yenidən qurulması işində əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Bu xüsusda, Azərbaycanın ev sahibliyi edəcəyi “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, habelə Şərq-Qərb marşrutu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından danışıb və Əfqanıstanın da bu layihələrdən faydalana biləcəyini diqqətə çatdırıb.

Səfir Roland Kobia Azərbaycanın Əfqanıstanın inkişafı üçün gördüyü işləri təqdir edib.

XS
SM
MD
LG