“Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”.
Bu barədə dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə zirvə toplantısının yekun bəyannaməsində deyilir.
İƏT-ə üzv dövlətləri beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb.
Sənəddə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarının hüquqi baxımdan düzgün olmadığı bildirilib.
"Bu qərar Fələstin xalqının tarixi, hüquqi, təbii və milli haqlarına bir hücum, bütün sülh cəhdlərinin baltalanması, radikallığı, terrorizmi sürətləndirəcək təhrikedici ünsür, beynəlxalq sülhü və təhlükəsizliyi hədəf alan bir tədiddir. Qüdsü-Şərifin statusunu dəyişdirmək məqsədi daşıyan təhlükəli qərar hökmsüz və qanundan kənardır”, bəyanatda qeuyd edilir.
Bəyanatda ABŞ prezidentinin qərarının BMT Təhlükəsizlik Şurasının 1980 və 2016-cı ildə qəbul edilən qətnamələrinə ziddi olduğu bildirilib.
"ABŞ adminstrasiyası bu qərarından geri çəkilməzsə, baş verəcəyi ehtmal olunan bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq", sənəddə qeyd edilib.