Accessibility links

Elmar Məmmədyarov Qurbanqulu Berdiməhəmmədovla görüşüb


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər çərçivəsində yanvarın 31-də bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Türkmənistan prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub. Hər iki ölkənin xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı qeyd olunub. Türkmənistan prezidentinin Azərbaycana son rəsmi səfəri çərçivəsində xüsusilə iqtisadiyyatın müxtəlif sahələrinə dair imzalanmış sənədlər paketinin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm zəmin yaratdığı bildirilib.

Nazir Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.

İki ölkə arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfliformatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb.

XS
SM
MD
LG