Accessibility links

ABŞ Senat Modeli konfransı iştirakçılar üçün açıq elan edilib


ABŞ Senatı
ABŞ Senatı

ABŞ Səfirliyi Azərbaycanda keçiriləcək “ABŞ Senat Modeli” adlı ikinci konfransda iştirak üçün müraciətlərin qəbulunu açıq elan edib. (https://docs.google.com/forms/d/e/1FAIpQLScjQxxhZuWTrDxdNWDAbjqJy8og5jYLeM9bSTx6CQpfH2PH3A/viewform). Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində yazıb.

ABŞ Senat Modeli tədbiri ABŞ Senatının qanunvericilik fəaliyyət prosesini göstərir. Bu proqram Azərbaycan tələbələrinin ABŞ hökumət sistemi və qanuvericilik prosesinə dair anlayışını yaxşılaşdırmaq üçün təhsil vasitəsidir.

Hər bir iştirakçı fevralın 25-dən 28-dək keçirilən üçgünlük konfransda hazırki senatorun rolunu ifa edəcək. İştirakçılar “Nüvə təhlükəsi: Şimali Koreya” mövzusunu müzakirə edəcək.

XS
SM
MD
LG