Accessibility links

ABŞ və Azərbaycan strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsində maraqlıdır


Elmar Məmmədyarov və Bricet Brink
Elmar Məmmədyarov və Bricet Brink

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib. Görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şöfer də iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bricet Brink iki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayıb.

O ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Bricet Brink Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.

Nazir Məmmədyarov Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Ölkəsində aparılan köklü iqtisadi islahatlar barədə danışan nazir Məmmədyarov iqtisadi sahədə əlaqələrin inkişafı və ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə

Elmar Məmmədyarov, Bricet Brink, Endrü Şofer, Robert Sekuta
Elmar Məmmədyarov, Bricet Brink, Endrü Şofer, Robert Sekuta

səylərin artırılmasının vacibliyini vurğulaıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən Məmmədyarov ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətli həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Söhbət zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG