Accessibility links

Azərbaycan-Almaniya siyasi məsləhətləşmələr keçirib


Xələf Xələfov və Andreas Peşke
Xələf Xələfov və Andreas Peşke

Fevralın 6-da Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparılıb. Məsləhətləşmələri Almaniyada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri Andreas Peşkenin (Andreas Peschke) aparıb.

Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələr zamanı iki ölkə arasında təmasların artmasının ikitərəfli əlaqələrin inkişafı üçün yaxşı göstərici olduğu qeyd edilib. Hər iki tərəf ikitərəfli yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb.

Görüş çərçivəsində, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və s. beynəlxalq məsələlər müzakirə edilib.

XS
SM
MD
LG