Accessibility links

ABŞ dövlət katibinin müavininin köməkçisi İsa Qəmbərlə görüşüb


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brink fevralın 7-də Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərlə görüşüb.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan-Amerika əlaqələri, regional proseslər müzakirə edilib.

İsa Qəmbər Azərbaycanın daxili və xarici problemləri haqqında danışıb, Qarabağın işğalı, demokratiya, siyasi və iqtisadi azadlıqların boğulması, siyasi məhbuslar məsələsi və s. problemlərin səbəbləri və həlli yolları barədə fikirlərini bildirib.

Bricet Brink öz növbəsində ABŞ-n Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinin səbəbləri və mümkün nəticələri müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG