Accessibility links

Türkiyə və ABŞ strateji tərəfdaşlıq bəyanatı ilə çıxış edib


Türkiyə və ABŞ bayrağı

Türkiyə-ABŞ Strateji Tərəfdaşlığa dair Birgə Bəyanatla çıxış edib.

Sənədi təqdim edirik:

Türkiyə Respublikası və Birləşmiş Ştatlar müttəfiq və strateji tərəfdaşlar olaraq, bir-birinin təhlükəsizliyi və müdafiəsinə qarşılıqlı və birmənalı bağlılığını təsdiqləyir.

NATO-nun müttəfiqləri və 65 ildən çox müddətində strateji partnyorlar olaraq, hər iki ölkə öz münasibətlərini birgə məqsəd və maraqlarını irəlilətmək, habelə dünyada demokratiya, qanunun aliliyi və fərdi azadlıqların yayılması üçün vacib hesab edirlər.

Birləşmiş Ştatlar 15 iyul 2016-cı ildə Türkiyədə baş verən mənfur çevriliş cəhdini pisləyir və demokratik yolla seçilən Türkiyə Hökuməti və Türk xalqı ilə tam həmrəylikdə olduğunu bildirir.

Uzunmüddətli ittifaqımızın mahiyyətindən çıxış edərək, biz ikitərəfli əlaqələrdəki vacib məsələləri həll etmək öhdəliyimizi təsdiq edirik. Tərəflər bu məqsədlə, nəticəyə yönəldilmiş mexanizm yaratmağı qərara alıblar. Bu mexanizm mart ayının ortalarından gec olmayaraq aktivləşdiriləcəkdir.

Biz bir daha təsdiq edirik ki, bizim ortaq məqsədimiz qlobaldır və bu dünya səviyyəsində terrorla mübarizədən, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, Suriya və İraq da daxil olmaqla Orta Şərqdə davamlı sülh və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, radikalizm, zorakı ekstremizm və islamofobiya ilə mübarizəndən başlayaraq bir çox məsələləri əhatə edir.

Uzunmüddətli müttəfiq kimi Türkiyə Respublikası və Birləşmiş Ştatlar terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə mübarizə aparmaq qətiyyətini təsdiq edirlər. Türkiyə və Birləşmiş Ştatlar DAESH, PKK, Əl-Qaidə və digər terror təşkilatlarına və onların törəmələrinə qarşı mübarizə aparmaq əzmini bir daha bəyan edir. Biz, xalqımızı birbaşa hədəfə alan terror təhdidlərinə qarşı ölkələrimizin özünü müdafiə hüququnu tanıyırıq.

Türkiyə və Birləşmiş Ştatlar Suriyanın ərazi bütövlüyü və milli birliyinin qorunub saxlanılmasına sadiqliklərini bir daha təsdiqləyirlər. Bu məqsədlə biz Suriyanı fakt qarşısında qoymaq və demoqrafik dəyişikliklər yaratmaq üçün yönələn bütün cəhdlərə qarşı qətiyyətlə duracağıq və Suriyanın keçid etməsi və sabitləşməsi üçün koordinasiya aparılmasının üzərində ciddi çalışacağıq.

Suriya böhranının yalnız siyasi yolla həll oluna bilməsi və bunun üçün real siyasi keçidin tələb olunması faktını qəbul edərək, Türkiyə və Birləşmiş Ştatlar, BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Cenevrə prosesi vasitəsilə müəyyən edilmiş parametrlər çərçivəsində bu nəticəyə nail olmaq üçün əməkdaşlığı sürətləndirməyə razılaşırlar.

XS
SM
MD
LG