Accessibility links

Müsavat Partiyası fəallarının polisə çağırıldığını bildirir


Müsavat tərəfdarları Rəsulzadənin abidəsi önündə

Martın 6-da Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı polis bölməsinə çağrılıb.

Bu barədə G.Aslanlının özü Amerikanın Səsinə bildirib.

“Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində oldum. Daha çox hədə-qorxu, təhdid idi. Mənə deyirdilər ki, partiyanın haradan maliyyələşdiyini bilirlər. Mən də deyiridm ki, bilirsinizsə, faktları ortaya qoyun. Bölmədə yarım saatadək qaldıqdan sonra azad buraxıldım”, o qeyd edib.

G.Aslanlının sözlərinə görə, martın 6-da partiyanın 20-dən çox təşkilat sədri polis bölmələrinə çağırılıb.

“Polis bölmərləinə çağırılan partiya fəalları ilə söhbətlər aparıldıqdan sonra sərbəs buraxılıblar”, o qeyd edib.

G.Aslanlı deyib ki, martın 7-də Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasov polisə çağrılıb.

Xatırladaq ki, martın 6-da Müsavat Partiyası mətbuat xidmətinin və “bastainfo” saytının rəhbəri Mustafa Hacıbəyli və digər şəxslər polis bölmələrinə çağrıılıblar. Partiyadan bildiriblər ki, bu çağırışlar Müsavat Partiyası Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə martın 10-da mitinq keçirmək barədə razılıq verməsindən sonra başlanıb.

Öz növbəsində polis bununla bağlı hələ hər hansı şərh verməyib.

XS
SM
MD
LG