Accessibility links

İlham Əliyev Vladimir Putini təbrik edib


İlham Əliyev və Vladimir Putin

Prezident İlham Əliyev martın 19-da Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edərək onu seçkilərdə qələbə qazanması münasibəti ilə təbrik edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Əliyev Rusiya prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Prezident Əliyev qeyd edib ki, Rusiya Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan prezidenti ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Vladimir Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya prezidenti əlaqələrin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

XS
SM
MD
LG