Accessibility links

“Rusiya sabitliyi pozan davranışına görə məsuliyyət daşıyır”, Dövlət Departamenti


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

"4 mart tarixində Rusiya Salisburidə bir ingilis vətəndaşı və qızını öldürməyə cəhd etmək üçün hərbi təyinatlı əsəb-iflic qazından istifadə edib. Bizim müttəfiqimiz Birləşmiş Krallığa qarşı edilən bu hücum saysız günahsız insanların həyatını təhlükəyə atıb və üç nəfərin, o cümlədən bir polis məmurunun ciddi yaralanması ilə nəticələnib. Beynəlxalq hüquqa zidd olaraq Kimyəvi Silahlar Konvensiyasının belə təhqiramiz şəkildə pozulmasına cavab olaraq, bu gün ABŞ Rusiyanın ikitərəfli missiyasında vəzifə yerinə yetirən 48 Rusiya səlahiyyətlisini ABŞ-dan xaric edəcək". Bu barədə Dövlət Departamentinin martın 26-da yaydığı mətbuat üçün açıqlamada deyilir.

“Biz həmçinin 2018-cı il aprelin 2-dək Rusiya hökumətindən Sietldakı Baş Konsulluğun bağlanmasını tələb edəcəyik. Biz bu addımları Birləşmiş Krallığa olan sarsılmaz həmrəyliyimizi nümayiş etdirmək və beynəlxalq normaları davamlı şəkildə pozduğu üçün Rusiyanı bunun ciddi nəticələrilə üzləşdirmək üçün atırıq. Ayrıca olaraq, biz Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı missiyasından 12 kəşfiyyat işçisinin ABŞ-da yaşamaq imtiyazlarından sui-istifadə etdikləri üçün ölkədən çıxarılması prosesinə başlamışıq”, sənəddə qeyd edilir.

Birləşmiş Ştatlar Rusiyanı öz hərəkətlərinə görə məsuliyyəti qəbul etməyə və dünyaya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək naminə beynəlxalq öhdəliklərinə və məsuliyyətlərinə uyğun yaşamağa qadir olduğunu göstərməyə çağırır.

Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG