Accessibility links

9 may-Faşizm üzərində qələbə bayramı


Azərbaycanda İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbə bayramı qeyd edilir.

Mayın 9-da faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsinin önündə təntənəli mərasim keçirilib.

Prezident Ilham Əliyev müharibə veteranları ilə
Prezident Ilham Əliyev müharibə veteranları ilə

Mərasimdə prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi şəxslər iştirak edib.

İlham və Mehriban Əliyevlər müharibə veteranlarını Qələbə Günü münasibətilə təbrik ediblər.

Dövlət başçısı Həzi Aslanovun abidəsinin önünə əklil qoyub, onun və İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərən Azərbaycanın oğul və qızlarının xatirəsini anıb.

Hər il olduğu kimi 2018-ci ildə də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 1000 manat , arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, həmçinin Leninqrad şəhərinin müdafiəsində iştirak edənlərin hər birinə 500 manat birdəfəlik yardım verilib. Sərəncama əsasən bu kateqoriyaya daxil olan 11 193 nəfərə Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb.

İkinci Dünya müharibəsində Azərbaycandan keçmiş SSRİ Ordusunun tərkibində 681 min insan iştirak edib. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.

İkinci Dünya Müharibəsi əsgər məzarlığı
İkinci Dünya Müharibəsi əsgər məzarlığı

Tarixi araşdırmalara görə, müharibədə 70 minədək azərbaycanlı isə keçmiş Almaniya tərəfdən SSRİ-yə qarşı döyüşlərdə iştirak edib.

İkinci Dünya müharibəsində Azərbaycan nefti həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal edərək cəbhəyə göndərib.

İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşanı işğal ilə başilayıb. 1941-ci il iyunun 22-də isə Almaniya Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da Berlində başa çatıb.

70-dən çox dövlətin cəlb edildiyi müharibənin müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan 12,8 milyona kimi insan, 84 mindən 163 minə qədər top, 6,5 mindən 18,3 minə kimi təyyarə iştirak edib.

İkinci dünya Müharibəsində qələbə bayrağı
İkinci dünya Müharibəsində qələbə bayrağı

Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dollarıdır. Onun 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil edib.

"World War 2" saytının hesablamalarına görə, İkinci Dünya Müharibəsində 72.758.900 insan dünyasını dəyişib. Bu, 1939-cu ildə dünyada yaşayan 1.991.913.000 əhalinin 3,71 faizi deməkdir.

Öldürülənlərin 25 173 700 nəfəri hərbçi, 41 830 600 nəfəri mülki şəxs olub. Müharibə dövründə 5 754 400 yəhudi qətlə yetirilib (yəhudi soyqırımı, onların 3 milyonu Polşada, 1 milyonu SSRİ-də, 469 mini Rumıniyada, 200 mini Macarıstanda, 277 mini Çexoslavakiyada, 160 min nəfəri Almaniyada və başqa ölkələrdə qətlə yetirilib).

Müharibə zamanı ölənlərin 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG