Accessibility links

Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı müzakirə edilib


Avropa İttifaqı və Azərbaycan bayraqları
Avropa İttifaqı və Azərbaycan bayraqları

"Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb".

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim ilə görüşündə bildirib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Ş.Mustafayev Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq, TAİEX proqramlarının əhəmiyyətindən bəhs edib. O, bu ilin iyununda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını vurğulayıb.

"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”, nazir qeyd edib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri müzakirələr üçün bir neçə gün əvvəl Bakıya səfər edib. Onları prezident İlham Əliyev də qəbul edib.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Azərbaycanla isə bu istiqamətdə ötən ildən başlayan danışıqlar hələ ki, yekunlaşmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG