Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir


Elmar Məmmədyarov və Federiko Mogerini
Elmar Məmmədyarov və Federiko Mogerini

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini ilə görüşündə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə edib.

Nazir Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi barədə məlumat verərək mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini deyib.

Mətbuat xidmətinin məlumatına görə, həmsədrlərlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG