Accessibility links

Azərbaycan Suriyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyini dəstəkləmir


"Azərbaycan Gürcüstanın BMT-yə üzv olarkən beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır".

Bu barədə Suriya hökuməti tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasını Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edərkən bildirib.

Onun fikrincə, bu, Azərbaycanın prinsipial mövqeyidir.

“Azərbaycan Gürcüstanın iştirakı ilə regionda bir çox geostrateji layihələr həyata keçirir. Azərbaycan qazını Avropa bazarına daşıyan Cənub Qaz dəhlizi bu qəbildən olan layihələrdən biridir. Bu kimi layihələr Azərbaycanla bərabər, Gürcüstanın da maraqlarına tam cavab verir və onun inkişafına xidmət edir", Hacıyev qeyd edib.

XS
SM
MD
LG