Accessibility links

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib


İlham Əliyev və Günter Ottinger

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri İlham Əliyevin Avropa Komissiyasının büdcə və insan resursları məsələləri üzrə komissarı Günter Ottingerlə görüşündə diqqət mərkəzində olub.

Avropa Komissarı Əliyevi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizi (CQD) layihəsinin işə salınması münasibətilə təbrik edib.

Ottinger CQD layihəsini Azərbaycan və Avropa İttifaqını birləşdirən qlobal halqa adlandırıb. Onun fikrincə, bu layihə bütün regionda nəqliyyatın və kənd təsərrüfatının inkişafına təkan verəcək.

Tərəflər Bakı və Brüssel arasında tərəfdaşlıq haqqında yeni sazişin bağlanması haqqında danışıqların gedişatına da toxunub. Sazişin bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini də əhatə edəcəyi haqqında fikir ifadə olunub.

XS
SM
MD
LG