Yüzdən çox vətəndaş cəmiyyəti nümayəndəsi, hüquqşünas, jurnalist, siyasətçi mayın 28-də Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi münasibətilə bayram yürüşünün iştirakçılarının həbsi ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.
Həbs edilənlər "ünvansız senzuradankənar söyüşlərdə", "küçələri zibilləməkdə", "polisə tabe olmamaqda" və paytaxtın küçələrində digər pozuntularda ittiham olunub.
"Biz bu ittihamların uydurma olduğuna şübhə etmirik və əslində onlar bayram tədbirində iştirak etdiklərinə görə həbs olunublar", müraciətdə bildirilir.
Müraciət müəllifləri istehza ilə qeyd edir ki, AXC-nin 100 illiyinin qeyd edilməsi, üçrəngli Azərbaycan bayrağı ilə gəzmək, birinci respublikanın banilərinin xatirəsinin yad edilməsi inzibati hüquq pozmadırsa, qoy onlar da "bayrağa, AXC dəyərlərinə və banilərinə sevgiyə görə" məsuliyyətə cəlb olunsun.
Müraciəti Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, REAL Partiyasının məclis üzvləri Natiq Cəfərli və Erkin Qədirli, jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri İntiqam Əliyev və Anar Məmmədli və başqaları imzalayıb.