Accessibility links

İctimai fəallar müraciətlərini Daxili İşlər Nazirliyinə təqdim edib [Video]


İctimai fəallar DİN-də
İctimai fəallar DİN-də

Müraciətdə Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı yürüşdə iştiraka görə həbs edilən REAL Partiyasının fəallarının azad edilməsi tələb edilir

İyunun 1-də bir qrup vətəndaş cəmiyyəti fəalı və media nümayəndəsi Daxili İşlər Nazirliyinin qarşısına toplaşaraq daxili işlər nazirinə ünvanlanan məktubu ona təqdim etmək istəyib.

Müraciətin mətni ötən gün açıqlanıb. Sənəddə ironiya ilə müraciəti imzalayanların da həbs edilməsinə çağırılır. Belə ki, onlar da mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yürüş və tədbirlərdə iştirak ediblər.

Bundan sonra polis REAL Partiyasının 4 fəalı polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilərək inzibati qaydada həbs edilib. Bu sosial şəbəkələrdənarazılıqla qarşılanıb, tənqidlərə yol açıb.

Bu gün nazirliyin binasının önünə gələn fəallar müraciəti nazirə ünvanlanan məktub qutusuna atıblar.

Bunu etdikdən sonra aksiyanın təşəbbüsçüsü, jurnalist Xədicə İsmayılova hadisə ilə bağlı media üçün kiçik bəyanat verib.

Ancaq bu zaman yaxınlıqda dayanan polis əməkdaşları X.İsmayılovanı çəkənjurnalistRamin Dekonu və siyasi fəal Elman Fəttahı aparıblar.

Sonra onları buraxıblar. Binanın içərisində polis çəkiliş lentinə baxaraq bildirib ki, binanın yaxınlığında çəkiliş aparmaq olmaz.

XS
SM
MD
LG