Accessibility links

Azərbaycan nümayəndəsi BMT komitəsinin üzvü seçilib


İyunun 7-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya tərəf dövlətlərin 20-ci iclası zamanı Azərbaycanın nümayəndəsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvü seçilib.

Azərbaycan Xarici Işlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə bəyanatında deyilir ki, Azərbaycanın namizədi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi 143 dövlətin səsini əldə edərək 2019-2022-ci illər üzrə komitəyə üzv seçilib.

Komitəyə Azərbaycanla bərabər Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan və Burkina Fasonun nümayəndələri seçilib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyanın yerinə yetirilməsi vəziyyətinin monitorinqini həyata keçirir.

XS
SM
MD
LG