Accessibility links

Münhendə aksiya - Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi


Müsavat AKM Münhendə aksiya keçirib
Müsavat AKM Münhendə aksiya keçirib

İyunun 19-da Müsavat Avropa Koordinasiya Mərkəzinin Bayern özəyi Almaniyanın Münhen şəhərində “Azərbaycandakı siyasi məhbuslara azaldıq!” şüarı ilə aksiya keçirib.

Müsavat AKM-in təmsilçilərindən Əli Quliyevin məlumatına görə, Almaniya Xarici İşlər Departamentinin binası qarşısında baş tutan aksiyada onlarla mühacir iştirak edib.

“Mitinqin əsas məqsədi rüşvətə, monopolyaya son, siyasi məhbuslara azadlıq, Azərbaycan xalqına azadlıq tələb etməkdir”, Müsavat AKM-in Bayern özəyinin yaydığı açıqlamada bildirilir.

Bir saatdan artıq davam edən mitinqdə Müsavat AKM-in Bayern koordinatorluğunun sədri Akif Nağıyev və digərləri çıxış edib.

Aksiyada Azarbaycanın və Müsavat Partiyasının bayraqları, siyasi məhbusların, - Əlikram Xurşidovun, Seymur Həzinin, Fuad Qəhrəmanlının, Əfqan Muxtarlının, İlqar Məmmədovun, Taleh Bağırzadənin, Mehman Hüseynovun, İlkin Rüstəmzadənin, Bayram Məmmədovun, Qiyas İbrahimin, Gözəl Bayramlının və digərlərinin portretləri, eləcə də ölkədəki iqtidarın əleyhinə şüarlar qaldırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG