Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov iyunun 22-də qəflətən vəfat edib.
Yerli medianın məlumatlarına görə, nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
Azərbaycan Səhiyyə nazirliyi Camalovun ölümünün səbəbləri ilə bağlı məlumat yaymayıb.
Yavər Camalov 17 oktyabr 1949-cu ildə anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
2006-cı ildən müdafiə sənayesi naziri idi. 2018-ci il aprelin 12-də keçirilən növbədənkənar president seçkilərindən sonra yenidən nazir təyin edilib