Accessibility links

Elmar Vəliyev İsraildə müalicə olunacaq


Elmar Vəliyev

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan üç gün keçsə də rəsmi qurumlar ölkənin ikinci böyük şəhərinin rəhbərinin səhhəti barədə məlumat vermir.

Səhiyyə Nazirliyinin məıtbuat xidməti bildirir ki, istintaq getdiyindən mətbuat xidmətində onun səhhəti ilə bağlı məlumat yoxdur.

Lakin E.Vəliyevin yaxın qohumu Turan agentliyinə bildirib ki, bu gecə onu İsrailə müalicəyə aparıblar. Mənbənin sözlərinə görə, “o, özünə yeni gəlib”.

Şahidlərin sözlərinə görə, E.Vəliyev güllə yarası almayıb, qarın nahiyyəsini güllə sıyırıb keçdikdən sonra icra hakimiyyətinin pilləkənindən yıxılaraq başından ağır zərbə alıb.

Mənbənin məlumatına görə, mühafizəçisi iki güllə yarası alıb. Onlardan biri onun qarnını, digəri üzünü silib keçib. Vəziyyəti qənaətbəxşdir, Gəncədə müalicəsinin davam etdirir.

Atəş açan Yunis Səfərovun şəxsiyyətinə aydınlıq gətirilməyib.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov E.Vəliyevə hücumu “adi kriminal” adlandırıb.

Digər versiyaya görə, Y.Səfərov şəhər administrasiyasına şikayətə gələn bacısını təhqir etdiyinə görə E.Vəliyevdən qisas alıb.

Sosial şəbəkələrdə Y.Səfərovun həyat yoldaşı olduğunu bildirən qadının audioyazısı yayılıb. Onun silahlı hücum etməsinin səbəbi dindarların və imam Hüseyni təhqir etməsinə görə qisas almasıdır. Bu qadın “bacıya görə qisas almaq” versiyasını inkar edib. Onun dediklərinə görə, Gəncədə Y.Səfərovun yaxın qohumu yaşamır.

Bədənində zorakılıq izləri olan Y.Səfərovun fotosunun yayılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Hüquq-mühafizə orqanları öncə fotonun gerçək olduğunu inkar edib. Sonradan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov fotonun Y.Səfərova aid olduğunu bildirib. Bədən xəsarətlərini polis əməkdaşlarına müqavimət göstərərkən alıb.

XS
SM
MD
LG