Accessibility links

Azərbaycan-İtaliya biznes forumu keçirilib


İlham Əliyev və Serco Mattarella
İlham Əliyev və Serco Mattarella

İyulun 19-da Azərbaycan-İtaliya biznes forumu keçirilib. Forumda Azərbaycanda səfərdə olan İtaliya prezidenti Serco Mattarella və prezident İlham Əliyev iştirak edib.

Bu gün İtaliya prezidenti Serco Mattarellanın Bakıya rəsmi səfəri çərçivəsində onun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi mərasimi keçirilib. Eyni zamanda, prezidentin qızı Laura Mattarella "Şöhrət" ordeni, İtaliyanın xarici işlər naziri Entso Moavero-Milanezi isə "Dostluq" ordeni alıb.

Ulham Əliyev və Serco Mattarella
Ulham Əliyev və Serco Mattarella

Təltifetmə haqqında sərəncamda deyilir ki, Serco Mattarella iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə, Laura Mattarella humanitar əməkdaşlığın möhkəmləndirilməsinə görə, Entso Moavero-Milanezi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə təltif edilib.

Eyni zamanda, İtaliya prezidenti İlham Əliyevi və onun həyat yoldaşını Böyük Xaç Kavaleri Ordeni ilə təltif edib.

Təntənəli qəbulda İlham Əliyev qeyd edib ki, bu, tarixdə İtaliya prezidentinin Azərbaycana ilk səfəridir.

Azərbaycan-İtaliya biznes forumu
Azərbaycan-İtaliya biznes forumu

İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında və ilk növbədə energetika sahəsində yer tutur. Cənub Qaz Dəhlizi işə salındıqdan sonra bu sahədə yeni imkanlar yaranıb. İtaliyanın neft idxalatında Azərbaycan birinci yeri tutur (15%).

Cavab sözündə İtaliya prezidenti Azərbaycanın tarixən Aralıq dənizi ölkələrinə və xüsusən İtaliyaya meyl etdiyini bildirib. O, iqtisadiyyatın müxtəlif sahələrində və humanitar sahədə, xüsusən Azərbaycanlı tələbələrin təhsili və mədəniyyət layihələrinin həyata keçirilməsi sahəsində ikitərəfli münasibətlərin fəal şəkildə inkişaf etdiyini qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG