Accessibility links

Azərbaycan və Rusiya informasiya təminatı ilə bağlı məsləhətləşmələr aparıb


Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasətin informasiya təminatı məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan tərəfdən məsləhətləşmələrə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfdən İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Mariya Zaxarova
Mariya Zaxarova

Görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Mariya Zaxarova iyulun 26-da Bakıda başlayan "Jara" beynəlxalq musiqi festivalının fəxri qonağıdır.

XS
SM
MD
LG