Accessibility links

Gəncə hadisələri ilə bağlı daha iki nəfər həbs edilib


Həbs
Həbs

Gəncə şəhərində bu ilin iyulunda baş verən hadisələrlə bağlı daha iki nəfər həbs edilib.

Azərbaycan Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, Aydın Qurbanov və Pərviz Bayramov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Hüquq-mühafizə orqanları bildirir ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı terror aktı, iyulun 10-da Gəncədə kütləvi iğtişaş törətməklə terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirilməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Birgə məlumatda deyilir ki, həbs edilən şəxslərin gizlətdiyi silahlar, çoxsaylı patronlar və dini məzmunlu ədəbiyyat aşkar edilərək götürülüb.

Baş prokuror Zakir Qaralov iyulun 30-da bildirib ki, Gəncədə baş vermis hadisələrlə əlaqədar indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərən 4 nəfər xüsusi xidmət orqanları tərəfindən öldürülüb, 13 nəfər barəsində həbsli axtarış elan olunub.

Baş prokurorun iyulun 30-da verdiyi məlumatdan sonra daha bir neçə nəfər həbs edilib və iki nəfərin öldürüldüyü bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG