Accessibility links

Böyük Britaniya Xarici İşlər Nazirliyi İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayır


Böyük Britaniya
Böyük Britaniya

Böyük Britaniyanın Xarici işlər və Birlik işləri Nazirliyi Azərbaycanda ReAl partiyasının lideri İlqar Məmmədovun beş illik həbs cəzasından sonra azadlığa buraxılmasını alqışlayıb.

"Avqustun 13-də İlqar Məmmədovun azad edilməsi irəliyə doğru müsbət addımdır. Amma biz İlqar Məmmədovun azad edilməsinin bəzi şərtlərlə müşaiyət olunmasından narahatıq", Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədovun qeyd-şərtsiz azad edilməsi haqqında qərarının tələblərinə riayət etməyə çağırıb. Avropa Şurası da dəfələrlə bunu xahiş edib.

Böyük Britaniya XİN çiçəklənən, dözümlü və demokratik cəmiyyət yaradılması üçün həyati əhəmiyyət daşıyan Azərbaycanın müasirləşdirilməsi üzrə addımlara çağırıb.

"Buraya insan hüquqları ilə bağlı digər məsələlər üzrə müsbət tədbirlərin görülməsi daxildir. Biz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində Azərbaycanı dəstəkləməyə davam edəcəyik", Böyük Britaniya XİN nümayəndəsi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG