Accessibility links

Yaponiyanın xarici işlər naziri Azərbaycana gələcək


Taro Kano

Sentyabrın 5-də Yaponiyanın xarici işlər naziri Taro Kano Bakıya rəsmi səfərə gələcək. O, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək.

Bu barədə bugünki mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XS
SM
MD
LG