Accessibility links

Yaşar Yakış: Tehran zirvə toplantısının əsas günədliyi İdlib bölgəsi olacaq


Yaşar Yakış
Yaşar Yakış

Türkiyənin Hələbdəki keçmiş baş konsulu və Qahirədəki keçmiş səfiri, Oxford universitetinin keçmiş müəllimi, 58-ci Abdullah Gül hökumətinin xarici işlər naziri Yaşar Yakışın Turan agentliyinə Rusiya, Türkiyə və İran prezidentlərinin sentyabrın 7-də Tehranda keçiriləcək görüşü barədə müsahibə verib.

Müsaqhibəni təqdim edirikl:

- Rusiya, İran və Türkiyə arasında sentyabrın 7-də Tehranda keçiriləcək zirvə toplantısında nələr müzakirə ediləcək?

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün qabaq tələbələrin qarşısında çıxış edərkən bunu açıq şəkildə ifadə edərək Türkiyənin bu işdə ləng tərpəndiyini dedi.

- Zirvə toplantısında gündəmin əsas məsələsi Suriyanın İdlib bölgəsi olacaqdır. Ondan başqa, ABŞ-ın noyabrda İrana qarşı tətbiq etməyə hazırlaşdığı embarqonun da müzakirə edilə biləcəyini təxmin edirəm. İdlib problemi hal-hazırda gündəmin ən canlı məsələsidir. Üç ölkənin 2017-ci ilin yanvarında Astanada əldə etdikləri razılaşmaya baxmayaraq, İdlib məsələsində Rusiya və İranın mövqelərinin bir-birlərinə daha yaxın olduğunu görürük. Ona görə Tehrandakı zirvə toplantısında İdlib probleminin həll edilməsi üçün Türkiyədən gözləntilər gündəmə gətiriləcəkdir. Əslində Astanada əldə edilən razılığa görə, Türkiyə İdlib bölgəsindəki radikal terror qruplarının içindən daha mülayim qrupları ayıraraq onların Suriya cəmiyyətinə inteqrasiya edilməsi məsələsini öz öhdəsinə götürsə də Ankaranın bu işi həyata keçirmə stili və sürəti Rusiyanı təmin etmədi. Bu, artıq heç kim üçün sirr deyildir. Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün qabaq tələbələrin qarşısında çıxış edərkən bunu açıq şəkildə ifadə edərək Türkiyənin bu işdə ləng tərpəndiyini dedi. Mən həyatımın 40 ilini diplomatiya sahəsində keçirmişəm, xarici işlər naziri Lavrov bir məsələ barədə tələbələrin qarşısında bu qədər açıq danışdısa, demək ki, qapalı qapıların arxasında Türkiyə ilə daha sərt danışılıb. Bunu gözdən

i Türkiyə nəinki öz torpaqlarından Suriyaya keçən cihadçı qrupların qarşısını almadı hətta bəzi cihadçı qrupları dəstəkləyərək, onlara silah və pul yardımı etdi.

qaçırmaq mümkün deyildir.

- 29 iyun 2014-cü ildə İŞİD Türkiyənin Mosuldakı baş konsulluğunda "dövlət və xilafət" elan edəndə siz "Dünya ölkələrinin buna icazə verməyəcəyini" vurğulamışdınız. Mosuldan başlayıb Hələbə, oradan da İdlibə qədər davam edən proseslər barədə bu gün nə demək istərdiniz?

- İraqdan fərqli olaraq, Türkiyə ilk gündən Suriyada səhv addımlar atdı. Hal-hazırda İdlib ətrafında yaranan vəziyyətdə Türkiyənin böyük məsuliyyəti vardır. Çünki Türkiyə nəinki öz torpaqlarından Suriyaya keçən cihadçı qrupların qarşısını almadı hətta bəzi cihadçı qrupları dəstəkləyərək, onlara silah və pul yardımı etdi. Daha sonra Türkiyə ümid etdi ki, orada radikal terrorçu qruplardan ayrılan qruplar mülayim hərəkət edərək Suriyanın gələcəyində cəmiyyətə inteqrasiya olacaqlar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 saylı qərara görə, orada hədəf altında olan və hədəf altında olmayan qruplar vardır. Təhlükəsizlik Şurasının qərarı bağlayıcı olduğuna görə, Türkiyə ona riayət etmək məcburiyyətindədir. Türkiyə oradakı bəzi qrupları "terror təşkilatı" kimi qısa müddət əvvəl tanıdı. Əslində o qruplar Astana prosesində də müəyyənləşdirilmiş və Türkiyə onlara qarşı effektiv mübarizə aparacağını öz öhdəsinə götürmüşdü. Ancaq gəldiyimiz mərhələdə görürük ki, Türkiyə öz məram və məqsədlərini həyata keçirməkdə çətinlik çəkmişdir. Bu isə istər Astana prosesində istərsə də sabahkı Tehran zirvə toplantısı ərəfəsində Türkiyənin işini çətinləşdirir. Ona görə də Türkiyənin gələcəkdə Suriya cəmiyyətinə inteqrasiya etmək istədiyi qruplar əməliyyatların leqal hədəfi halına gələ bilər. İndi Türkiyənin yönəlməsi lazım olan iki hədəf var: 1) İdlibdəki hərbi əməliyyatlarda mülki şəxslərin zərər görməməsi; 2) Hərbi əməliyyatlar nəticəsində oranı tərk edəcək insanların Türkiyə sərhədinə yaxınlaşmaması. Gəldiyimiz mərhələdə Türkiyə ancaq bu istiqamətdə çalışmalıdır.

- Türkiyə Rusiyanın tərəfində İdlibdəki hərbi əməliyyatlarda iştirak edərmi?

İdlibə hərbi əməliyyat məsələsi ilə bağlı Ankara ilə Moskvanın arasında fikir ayrılıqları olduğu məlum idi.

- Mən dediyim sözləri hardansa çıxarıb eyham vurmuram. İdlibə hərbi əməliyyat məsələsi ilə bağlı Ankara ilə Moskvanın arasında fikir ayrılıqları olduğu məlum idi, hətta bunu canlı yayımlardakı mətbuat konfranslarında da görmüşdük. Lavrov kimi diplomatiya qaydalarına son dərəcə hakim olan bir xarici işlər nazirinin bunu tələbələrin və medianın önündə bu qədər açıq şəkildə deməsi Türkiyə ilə Rusiya arasında ciddi anlaşmazlıqlar olduğunu göstərir. Bu, ona işarə edir ki, Rusiya İdlibdə hərbi əməliyyatlar keçirəcəkdir. Suriyanın öz torpaqlarını təmizləmə haqqı vardır. Ona görə Türkiyənin əsas hədəfləri-mülki şəxsləri

Tehran zirvə toplantısında Türkiyə ilə Rusiya arasında iplər tamamilə qopmazsa və iki ölkə yollarını tamamilə ayırmazsa, bu, uğur sayıla bilər.

qorumaq və qaçqınları öz sərhədlərindən uzaqda saxlamaqdır.

- Suriyada müharibənin axırına gəlinərkən Türkiyənin oradakı qazancı və itkisi nədir? Tehran zirvə toplantısında bunun konkret nəticələrini nə şəkildə görə bilərik?

- Tehran zirvə toplantısında Türkiyə ilə Rusiya arasında iplər tamamilə qopmazsa və iki ölkə yollarını tamamilə ayırmazsa, bu, uğur sayıla bilər. Türkiyə indiyə qədər Rusiyaya yaxınlıq göstərərək Fərat çayının Şərq sahilində yerləşən kürdlərin orada dövlət qurmasına mane olmağa çalışırdı. Bilirsiniz ki, ABŞ oradakı PYD/YPG qrupuna külli miqdarda silah verib. Kürdlər ABŞ ilə əməkdaşlıq edərək Fərat çayının sağ sahilində dövlət qurmağa çalışsalar da Rusiya ilə əməkdaşlıq edən Türkiyə bizim cənub sərhədimizdəki kürd qruplarını (Cerablus, əl-Baba və Afrin) oradan uzaqlaşdırmağa nail olmuşdu. İdlib msələsinə görə Rusiya ilə münasibətlərin pisləşməsi kürdlərin ABŞ ilə daha çox yaxınlaşmasına səbəb olacaqdır ki, bu da Türkiyənin gələcəkdə işini daha da çətinləşdirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG