Accessibility links

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib


İranda hərbi parada atəş açılıb
İranda hərbi parada atəş açılıb

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmiyə başsağlığı verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İranın Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik”, Azərbaycanın müdafiə naziri bildirib.

İRNA agentliyinin məlumatına görə sentyabrın 22-də Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı silahlı hücum nəticəsində 24 nəfər ölüb, 50-dən çox adam xəstəxanaya yerləşdirlib.

Xuzistan əyalətinin qubernatoru bildirib ki, 4 nəfər naməlum şəxs insanlara atəş açıb. Onlardan ikisi zərərsizləşdirilib

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG