Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov-Rusiya, Stefan Viskonti-Fransa və Əndrü Sxofer-ABŞ) vasitəçiliyi ilə sentyabrın 26-da Nyu-Yorkda görüşəcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Bu Ermənistanın yeni hökumətinin dövründə iki ölkə xarici işlər nazirlərinin ikinci görüşüdür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG