Accessibility links

Azərbaycan və Ermənistan operativ əlaqələrin qurulması üçün mexanizmlərin yaradılması barədə razılığa gəlib


İlham Əliyev və Nikol Paşinyan

Sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

“Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar”, məlumatda deyilir.

Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan prezidenti ilə söhbətinin olmasını facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG